


13 oktyabr 2026-cı il tarixdə İnformatika və Cəbr kafedrasının baş müəllimi Elnura Cuvarlinskayanın Kompüter qrafikası fənnindən Riyaziyyat və İnformatika müəllimliyi 4 kursunda “Corel Draw proqramı, onun interfeysi və parametrləri” mövzusunda açıq dərs keçirildi. Dərs zamanı tələbələrə CorelDRAW qrafik redaktorunun təyinatı, proqramın interfeysi, əsas menyuları, alətlər paneli və iş sahəsi haqqında ətraflı məlumat verilib. Həmçinin sənədin yaradılması, səhifə ölçülərinin və istiqamətinin təyin edilməsi, ölçü vahidlərinin seçilməsi, rəng palitrası ilə iş, obyektlərin yaradılması və redaktəsi kimi məsələlər izah olunub. Açıq dərsin əsas məqsədi tələbələrin CorelDRAW proqramının funksional imkanlarını mənimsəməsi, proqram parametrlərini düzgün təyin etməsi və vektor qrafikası sahəsində praktiki bacarıqlar əldə etməsidir.Açıq dərsdə fakültə dekanı müavini r.f.d.,b.m. Rauf Məmmədov, dos.Tahir Məmmədov, dos.Nazim Neymətov, p.f.d.Samirə Babayeva, müəllim Lalə Rəhimova, müəllim İsmət Budaqov və kafedranın digər əməkdaşları iştirak etmişlər. Dərsin sonda qiymətləndirildi.