

20 may 2026-ci il tarixdə Gəncə Dövlət Universitetinin Kitabxana-İnformasiya Mərkəzi tərəfindən “Oxu, Araşdır, Kəşf Et” adlı kitab sərgisi Riyaziyyat və informatika fakültəsində keçirildi.
Əsas məqsəd tələbə və əməkdaşlar arasında mütaliəyə marağın artırılması, universitetin elektron kitabxanasının tanıdılması və kitab mübadiləsinin təşviq edilməsidir.Tədbirdə GDU-nun elektron kitabxanasından istifadə qaydaları haqqında videoçarx nümayiş etdirilib. Eyni zamanda elmi nəşrlər, monoqrafiyalar və bədii ədəbiyyatlar oxuculara təqdim olundu.
Tədbirin maraqlı hissələrindən biri də “Kitab Paylaş, Bilik Qazandır” adlı kitab ianə qutusunun təşkil edilməsi olub. Bu təşəbbüs vasitəsilə tələbə və müəllimlər xeyli sayda kitablar hədiyyə etdilər.
“Oxu, Araşdır, Kəşf Et” adlı tədbir universitetdə oxu mədəniyyətinin inkişafına, informasiya resurslarından istifadənin genişlənməsinə və kitabxana xidmətlərinin daha yaxından tanıdılmasına xidmət edib. Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi də müxtəlif kitablarla sərgiyə qoşuldu.