“Süni intellekt ağıllıdırmı?” mövzusunda ustad dərsi keçirildi

Gəncə Dövlət Universitetində son illər ərzində aparılan səmərəli tədris, elmi- tədqiqat, tərbiyə işlərinin, beynəlxalq əlaqələrin şəhərimizin ümumtəhsil məktəblərində təbliği ilə əlaqədar olaraq 13.05.2026 – cı il tarixdə Gəncə şəhər 3 nömrəli tam orta məktəbində İnformatika və cəbr kafedrasının professoru Mehriban Həsənovanın “Süni intellekt ağıllıdırmı?” mövzusunda ustad dərsi keçirildi.

Dərsin məqsədi şagirdlərdə süni intellekt haqqında yalnız ümumi təsəvvür yaratmaq deyil, onlarda Sİ cavablarını tənqidi qiymətləndirmək, rəqəmsal izlərin mahiyyətini anlamaq, şəxsi məlumatları qorumaq və Sİ-dən təhlükəsiz, etik və ağıllı istifadə etmək bacarığı formalaşdırmaqdır.

Tədqiqat sualı: Sİ bizim fikirlərimizi oxuyur, yoxsa davranışlarımızı proqnozlaşdırır?

Dərs zamanı 3 əsas  fikir öyrənildi:

  1. Sİ fikrimizi oxumur, amma rəqəmsal davranışlarımızdan bizi proqnozlaşdıra bilir.
  2. Sİ cavabı səlis və inandırıcı görünə bilər, amma bu onun mütləq doğru olduğu demək deyil.
  3. Sİ-dən ağıllı istifadə etmək üçün insanın özü tənqidi düşünməli, şəxsi məlumatını qorumalı və son qərarı özü verməlidir.

Dərsin sonunda şagirdlərə Sİ-dən ağıllı istifadə üçünyadda qalan 5Y modeli  verildi.

  1. Yazma. Şəxsi və həssas məlumatlarını Sİ-yə yazma.
    1. Yoxla. Sİ-nin cavabını etibarlı mənbələrlə yoxla.
    1. Yönləndir. Sİ-yə dəqiq, məqsədli və düzgün prompt ver.
    1. Yararlan. Sİ-dən öyrənmək, izah almaq və özünü yoxlamaq üçün istifadə et.
    1. Yekun qərarı özün ver. Sİ məsləhət verə bilər, amma məsuliyyət insandadır.

Və dərs bu cümlə ilə yekunlaşdırıldı:

Süni intellektin ağıllı olub-olmamasından daha vacib olan bizim ondan nə qədər ağıllı istifadə etməyimizdir.

Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Riyazi analiz kafedrasının dosenti Tahir Məmmədov dekan müavini dosent Rauf Məmmədov, 3 nömrəli tam orta məktəbin direktoru Surxay Hüseynov, direktor müavini Könül Ənnağıyeva, orta məktəbin fənn müəllimləri və sinif şagirdləri iştirak edirdilər.