28 May Azərbaycan Xalq Cumhuriyyətinin yaranması günüdür

XX əsrin əvvəllərində Azərbaycanin müdrik insanları, aparıcı siyasi qüvvələri, görkəmli, ictimai xadimləri dünyada baş vermiş dəyişikliklərdən, gedən proseslərdən çar rusiyasının oktyabr inqilabı nəticəsində dağıldığından istifadə edərək 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan İstiqlaliyyəti haqqında akt qəbul etdilər və beləliklə, şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cumhuriyyəti yarandı. Azərbaycan Xalq Cumhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. Azərbaycan milli şurasının qəbul etdiyi və Azərbaycan xalqının müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq kimi prinsipləri özündə ehtiva edən istiqlal bəyannaməsi yeni yaranmış Azərbaycan Xalq Cumhuriyyətinin daxili və xarici siyasətinin başlıca istiqamətlərini bütün dünyaya bildirirdi. Tarixi təcrübə göstərir ki, müstəqilliyi qoruyub saxlamaq, inkişaf etdirmək onu əldə etməkdən qat-qat daha çətindir. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cumhuriyyəti xarici və daxili siyasət amilləri ilə izah olunan mürəkkəb bir şəraitdə fəaliyyət göstərirdi. Gənc Azərbaycan Dövləti həm region dövlətləri, həm də Azərbaycanın daxili siyasi, etnik qüvvələri tərəfindən birmənalı qarşılanmamışdır. Beynəlxalq aləmdə baş verən dəyişikliklər və cumhuriyyət rəhbərliyinin buraxdığı siyasi səhvlər nəticəsində 1920- ci il aprelin 27-də Azərbaycan Xalq Cumhuriyyəti fəaliyyətini dayandırmışdır. Azərbaycan Xalq Cumhuriyyəti gərgin və mürəkkəb ictimai-siaysi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də sonrakı nəsillərin yaddaşında xalqımızın ən parlaq tarixi səhifələrindən biri olaraq həmişə qalacaqdır. Bu gün biz Azərbaycan Xalq Cumhuriyyətinin ildönümünü qeyd edərkən yaxşı dərk edirik ki, qarşıda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, ölkəmizin işğal olunmuş torpaqlarının azad edilməsi istiqamətində respublikamızın bolluq, firavanlıq və əmin-amanlıq nümunəsi ola biləcək bir dövlətə çevrilməsi yolunda bizi böyük sinaqlar, çətinliklər gözləyir.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş ərazilərdə dalğalanması prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

 Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.

Bayraminiz mübarək!!!