“İnformasiya sistemlərinin təsnifatı” mövzusunda açıq mühazirə dərsi keçirildi

04.03.2026-cı il tarixində Riyaziyyat və informatika fakültəsinin İnformatika və Cəbr kafedrasının baş müəllimi Anar Qafarovun Riyaziyyat müəllimliyi ixtisasının 3-cü kursunda İnformasiyanın idarə edilməsi fənnindən “İnformasiya sistemlərinin təsnifatı” mövzusunda açıq mühazirə dərsi keçirildi. Açıq dərsin məqsədi əsasən informasiya sistemlərinin müxtəlif növlərini, onların tətbiq sahələrini, yaradılma və istifadə qaydalarını bilən mütəxəssislərə hazırda böyük ehtiyac var, çünki gündən-günə inkişaf edən informasiya cəmiyyətində informasiya axını da kifayət qədər genişlənib. İnformasiya sistemlərinin işlənib hazırlanması və tətbiqindən əsas məqsəd şirkətin idarə edilməsi üçün müasir informasiya infrastrukturunun yaradılmasıdır. Açıq dərsdə əvvəlcə müəllim frontal sorğu ilə sual-cavab etdi. Sonra slaydla tələbələrə yeni mövzunu izah edərək – informasiyanın indiki dövrdə nə qədər əhəmiyyətli olduğunu bildirdi. İnformasiya sistemlərinin tətbiqlərini də göstərdi. Açıq dərsdə fakültə dekanı dosent Oruc Hüseynov, kafedra müdiri dosent İlqar Cabbarov, dosent Tahir Məmmədov, dosent Nazim Neymətov və kafedranın digər əməkdaşları iştirak etdilər. Sonda açıq dərs müzakirə olundu.