“Asılı olmayan sınaqlar ardıcıllığı. Bernulli sxemi. Lokal limit teoremləri” mövzusunda açıq dərs keçirildi

03 mart 2026-cı il tarixdə Riyazi analiz kafedrasının dosenti Tahir Məmmədovun Riyaziyyat və İnformatika müəllimliyi 3 kursunda Ehtimal nəzəriyyəsi və riyazi statistika fənnindən açıq mühazirə dərsi keçirildi. “Asılı olmayan sınaqlar ardıcıllığı. Bernulli sxemi. Lokal limit teoremləri” mövzusunda açıq dərsi oldu. Mövzu aşağıdakı plan üzrə keçirildi.

1. Asılı olmayan sınaqlar ardıcıllığı

2. Ehtimalların binomial paylanma qanunu

3. Bernulli düsturundan istifadə etməklə n sınaqda hadisənin a) K-dan az b) K-dan çox

c) ən azı k dəfə ç) ən çoxu k dəfə d) ən azı k1, ən çoxu k2 dəfə baş verməsi ehtimalları.

4. Ümumiləşmiş Bernulli düsturu

5. Ehtimalların binomial və polinomial paylanması

6. Asılı olmayan sınaqlarda ən böyük ehtimallı ədəd.

7. Puasson teoremi və onun məslələr həllinə tətbiqi

8. Muavr-Laplasın lokal teoremi, məsələlər həllinə tətbiqi

9. Muavr-Laplasın inteqral limit teoremi və məslələr həllinə tətbiqi

10. Asılı olmayan sınaqlarda nisbi tezliyin sabit ehtimaldan meyli

Fənnin əsas məqsədi təsadüflülüklər aləmi haqqında elmin əsas müddəalarını, bununla da bizi əhatə edən aləmin dərk olunmasından riyaziyyatın rolunu dərindən anlamanı öyrənmək, zəruri stoxastik bilgiləri və onları dərindən mənimsəmə bacarığı verməkdir. Müəllim sorğu ilə keçmiş mövzuları tələbələrdən şoruşdu və sonra yeni mövzunun izahına başladı. Dərsdə fakültə dekanı dos.Oruc Hüseynov, dos.İlqar Cabbarov, dos.Abbas Hüseynov, dos.Nazim Neymətov, dos.Gülmira Verdiyeva, b.m.Nazir İsmayılov, b.m.Aysel Ağazadə, müəllim Gülçin Qarayeva və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirildi.