

05 mart 2026-cı il tarixdə İnformatika və cəbr kafedrasının baş müəllimi Ülkər Qurbanovanın Rİyaziyyat müəllimliyi – I kurs və Riyaziyyat və informatika müəllimliyi – I kurs tələbələrinə Analitik həndəsə-2 fənnindən “Mərkəzi proyektləşdirmə” mövzusunda açıq mühazirə dərsi keçirildi. Fənnin əsas məqsədi yüksək ixtisaslı kadrlar hazırlığı prosesində iştirak etmək və onlarda həndəsənin tətbiqi ilə bağlı qarşıya çıxan əsas anlayış, münasibət və həndəsi obyektləri müasir elmi səviyyədə izah etməkdir. Müəllim yeni mövzuya keçməzdən əvvəl bəzi tələbələrə suallar verdi və yeni mövzunu slaydla izah etdi.
Dərsdə fakültə dekanı dosent Oruc Hüseynov, kafedra müdiri dosent İlqar Cabbarov, dosent Gülmira Verdiyeva, dosent Nazim Neymətov, dosent Günay Salmanova, baş müəllim Təranə Hüseynova və kafedranın digər heyəti iştirak etdilər. Dərs interaktiv keçirildi.