Hörmət və ehtiramla yad edirik

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının növbəti ildönümü ərəfəsində, ölkənin bütün təhsil müəssisələrində olduğu kimi, Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika Ffakültəsində də dərin hörmət və ehtiramla anım tədbiri keçirilmişdir. 12 dekabr 2025-ci il tarixində baş tutan bu tədbirə fakültənin professor-müəllim heyəti və çoxsaylı tələbələr qatılmışdır.

Tədbirin əsas məqsədi Azərbaycan dövlətçiliyinin qurucusu, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin zəngin siyasi fəaliyyətini, xalq qarşısındakı misilsiz xidmətlərini bir daha xatırlamaq və bu irsi gənc nəslə çatdırmaq olmuşdur.

Anım günü Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca fakültə dekanı dos. Oruc Hüseynov, Riyazi analiz kafedrasının müdiri prof. Orucəli Rzayev, İnformatika və cəbr kafedrasının müdiri dos.İlqar Cabbarov, Ümumi riyaziyyat kafedrasının müdiri Sübhiyyə Zeynallı çıxış edərək Heydər Əliyevin ölkənin elmi və təhsil potensialının inkişafına verdiyi töhfələrdən danışdı. Çıxışlarda vurğulanmışdır ki, Ulu öndərin rəhbərliyi dövründə elm və təhsil sahəsi prioritet istiqamət kimi müəyyən edilmiş, minlərlə azərbaycanlı gənc xarici ölkələrdə təhsil almaq imkanı qazanmışdır. Bu siyasət bu gün də uğurla davam etdirilməkdədir.