

3 dekabr 2025-ci il tarixdə İnformatika və Cəbr kafedrasının dosenti elmlər doktoru Mehriban Həsənovanın Riyaziyyat və informatika müəllimliyi ixtisasının ll kursunda İnformatikanın nəzəri əsasları fənnindən “İnformasiya təhlükəsizliyi prinsipləri” mövzusunda açıq mühazirə dərsi keçirildi. Açıq dərsin məqsədi tələbələrdə informasiya təhlükəsizliyinin əsas anlayışları (təhlükə, zəiflik, risk), təhlükəsizlik siyasətləri və beynəlxalq standartlar (ISO/IEC 27001, NIST), eləcə də CIA triadası – məxfilik, bütövlük, əlçatanlıq – barədə sistemli və praktik yönümlü təsəvvür formalaşdırmaq; risklərin azaldılması üçün texniki və inzibati tədbirləri real ssenarilərlə əlaqələndirmək.
Dərsdə fakültə dekanı dos. Oruc Hüseynov, prof.Orucəli Rzayev, dos.Sübhiyyə Zeynallı, dos.Tahir Məmmədov, b.m.Tamella Əsgərova, müəllim İsmət Budaqov və kafedranın digər müəllimləri iştirak etdilər. Sonda açıq dərs müzakirə olundu.