


12 dekabr 2025-ci il tarixdə İnformatika və Cəbr kafedrasının baş müəllimi Samirə Babayevanın İnformatikanın tədrisi metodikası fənnindən Riyaziyyat və İnformatika müəllimliyi 4 kursunda “Məktəbdə informatika tədrisinin xüsusi metodikası. Baza kursu: kompüter şəbəkələrinin tədrisi.” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə orta məktəblərin baza kursunda kompüter şəbəkələrinin tədris olunma prosesi tələbələrə izah olundu. Siniflər üzrə təhsil standartlarına və altstandartlara baxıldı, mövzunun məzmunu təhlil edildi, didaktik məqsədlərə aydınlıq gətirildi, həmçinin səviyyələr üzrə qiymətləndirmə meyarları izah edildi. Açıq dərsdə fakültə dekanı dos.Oruc Hüseynov, prof.Orucəli Rzayev, kafedranın müdiri dos.İlqar Cabbarov, dos.Sübhiyyə Zeynallı, dos.Kəmalə Salmanova, dos.Gülmira Verdiyeva, müəllim Lalə Rəhimova, müəllim Natiqə Aslanova və kafedranın digər əməkdaşları iştirak etdilər. Sonda dərs müzakirə olundu.