

19 may 2025-ci il tarixdə İnformatika və cəbr kafedrasının müəllimi Arzu Cəfərovanın Riyaziyyat və İnformatika müəllimliyi IV kursunda Kompüter modelləşdirilməsi fənnindən laboratoriya dərsi keçirildi. Mövzu “Visual Basic mühitində xətti və budaqlanan hesablama prosesləri”. Məlumdur ki, kompüter modelləşdirilməsi fənni müasir dövrdə qarşıya çıxan əksər məsələlərin həllini kompüterdə necə modelləşdirməyin metod və priyomlarını öyrədir. Kompüterdə məsələnin həllini yüngülləşdirmək üçün əməliyyat sistemlərinin, tətbiqi proqram paketlərinin, alqoritmik dillər və mühitlərin tətbiq qaydalarının köməyilə yaradılan modelləri öyrədir. Dərsdə fakültə dekanı dos.Oruc Hüseynov, kafedra müdiri dos.İlqar Cabbarov, prof.Orcəli Rzayev, dos.Gülmira Verdiyeva, dos.Nazim Neymətov, b.m.Təranə Hüseynova, müəl.Lalə Rəhimova, müəl.Leyla Bağırova, müəl.Səbinə Babayev və kafedranın digər əməkdaşları iştirak etdilər.