







22 may 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin Riyaziyyat – informatika fakültəsində İstanbul Yıldız Texniki Universitetinin professoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Riyaziyyat və Mexanika institutunun şöbə müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bilalov Bilal Telman oğlunun “Banax qiymətli elleptik tənliklərin bəzi problemləri” mövzusunda Ustad dərsi keçirildi. Dərsdə Riyaziyyat – informatika fakültəsinin professor müəllim heyəti, doktorantları, magistrləri və fakültənin tələbələri iştirak etmişlər. Ustad dərsdə elleptik tip tənliklərin müasir problemləri, onların More, Banax, Sobolev fəzalarında həllinin varlığı şərtləri haqqında geniş məlumat verildi. Dərs yüksək səviyyədə təşkil olunmuşdur və auditoriyanın böyük marağına səbəb olmuşdur. Mühazirənin sonunda professor Bilal Bilalov auditoriyanın suallarını cavablandırmışdır.