



16 May 2025-ci il tarixdə Riyaziyyat – informatika fakültəsinin Ümumi Riyaziyyat kafedrasında “1920-ci ildən əvvəl Azərbaycanda riyaziyyatın tədrisinin vəziyyəti” mövzusunda elmi seminar keçirildi. Məruzəçilər dos. Esmira Cəfərli, müəllim Ramidə Həsənova. Seminarda 1920-ci ildən əvvəl Azərbaycanda riyaziyyatın tədrisinə dair xüsusi bir yer ayırmaq lazım gəldi ki, bundan əsas məqsədimiz inkişafımızın miqyasını və tarixi keçiddə bəzi irsi təsirləri aydınlaşdırmaqdır. Elmi seminarda onu da nəzərə almışıq ki, elmi və ya ictimai inkişafın dövrlərinin başlanğıcı və son tarixi bir şəxsin doğulması və ölməsi tarixi kimi qəti deyildir; burada keçid prosesə çox mürəkkəb bir mərhələdir və hər bir dövr ancaq tədricən yeni keyfiyyət kəsb edərək əvvəlkindən ayrılır.Elmi elmi seminarın məzmunu əsasən Azərbaycan sovet məktəbində riyaziyyatın tədrisi tarixinə dair faktların təhlilindən ibarətdir. Tədqiqat obyekti olan faktları almaq və onları düzgün araşdırmaq üçün müxtəlif bütün mümkün mənbələrdən istifadə etməyə çalışmışıq.
Seminarda fakültənin professor-müəllim heyəti iştirak etdilər. Məruzəçilər verilən suallara ətraflı cavab verdilər.