





12 – 16 may 2025-ci il tarixlərdə Riyaziyyat – informatika fakültəsinin Tədris Metodiki Qrupun üzvləri, dos.Oruc Hüseynov, prof.Orcəli Rzayev, dos.İlqar Cabbarov, dos.Sübhiyyə Zeynallı, dos.Tahir Məmmədov, dos.Nazim Neymətov fakültənin Riyazi analiz kafedrasının “Riyazi analiz” fənninin tədris vəziyyəti və təhlili ilə bağlı dərslərdə oldular. Riyaziyyat müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, İnformatika müəllimliyi, Kompüter elmləri ixtisaslarının I və II kurslarında keçirilən “Riyazi analiz” fənnini tədris edən fənn müəllimlərin fənn proqramları, sillabusları, mühazirə və praktik məşğələ mövzuları yoxlanıldı.