

14 May 2025-ci il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Nəzrin Quliyevanın Riyaziyyat müəllimliyi 2 kursunda Məktəb Riyaziyyat kursunun elmi əsasları fənnindən açıq seminar dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Tənliklər və bərabərsizliklər. Tənliklərin eynigüclülüyü”-dür. Məktəb Riyaziyyat kursunun elmi əsasları fənnin məqsədi məktəb riyaziyyat kursunun ümumi məsələləri, Riyaziyyat fənninin məntiqi qurulması prinsipləri, çoxluq, ədəd, cəbri əməl, həndəsi fiqur, kəmiyyət, ölçü və s. haqqında formal məntiqi baxımından əsaslandırılmış bilikləri öyrətməkdir. Açıq dərsdə keçmiş mövzular haqqında tələbələrlə sual-cavab aparıldı və misallar həll edildi. Dərsdə fakültənin dekanı dos.Oruc Hüseynov, dos. Tahir Məmmədov, dos.Sübhiyyə Zeynallı, dos. Nazim Neymətov, b.m.Pərvin Mustafayeva, baş müəllim Afət Qurbanova, baş müəllim Şərafət Hüseynova və kafedranın digər müəllimləri iştirak etmişlər.