“Differences between Simple Present and Present Continuous Tense” mövzusunda açıq seminar dərsi keçirildi

07.05.2025-ci il tarixində Praktik xarici dillər kafedrasının müəllimi Nigar Quliyevanın Riyaziyyat müəllimliyi ixtisasının 1-ci kursunda Xarici dildə işgüzar və akademik kommunikasiya fənnindən “Differences between Simple Present and Present Continuous Tense” mövzusunda açıq seminar dərsi keçirildi. Açıq dərsin məqsədi əsasən İngilis dilində İndiki sadə qeyri müəyyən zaman  və indiki sadə davamedici  zaman arasındakı fərqlər və onların izahı. Bu iki zaman arasındakı fərqlər və onların cümlələrdə işlənmə yerləri. Bu mövzuların  tələbələrə ətraflı şəkildə izahı. Mövzuyla bağlı müxtəlif nümunələrdən istifadə etməklə, dərsin asanlıqla  tələbələr tərəfindən  dərk edilməsinə şərait yaratmaq. Sadə qeyri müəyyən zaman  və indiki sadə davamedici  zamanın quruluş və zaman zərfləri arasındakı incə fərqlərin ətraflı şəkildə izahı. Nəticə etibarı ilə hazırlanan  təqdimat ,tapşırıqlar, dinləmələr,  sorğu –sual nəticəsində tələbələr bu iki zaman arasındakı fərqi asanlıqla mənimsədilər. Açıq dərsdə Riyaziyyat informatika fakültəsinin dekanı dos.Oruc Hüseynov, prof. Orcəli Rzayev, dos.İlqar Cabbarov, dos.Sübhiyyə Zeynallı, dos.Tahir Məmmədov, dos.Nazim Neymətov, b.m.Aytən Əfəndiyeva, b.m.Samirə Qurbanova və kafedranın digər əməkdaşları iştirak etdilər.