





02 may 2025-ci il tarixində Cəfər Cabbarlı adına 6 saylı orta məktəbin 7 a sinfində Gəncə Dövlət Universitetinin riyaziyyat informatika fakültəsinin riyaziyyat və informatika ixtisasının 5-1 kurs tələbəsi İlahə Vəliyevanın “Bərabəryanlı və bərabərtərəfli üçbucağın xassələri” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə tələbə müasir təlim üsulları ilə dərs keçdi. Əvvəlcə auksion üsulundan istifadə etməklə dərsə başladı. Sonda tərif və xassələri slaydla göstərdi və izah etdi. Sorğu – sual aparmaqla maraqlı qiymətləndirmə qaydalarından istifadə etdi. Açıq dərsdə fakültə dekanı dos.Oruc Hüseynov, təcrübə şöbəsinin müdiri dos.Cabbar Qarayev, b.m.Vüsalə Qarayeva, b.m.Afət Qurbanova, fənn müəllimi Səadət Həsənova və digər təcrübəçilər iştirak etdilər.