










07.05.2025-ci il tarixində Riyaziyyat – informatika fakültəsində Ulu öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş Riyazi analiz fənn olimpiadası keçirildi. Olimpiadada fakültənin Riyaziyyat və informatika müəllimliyi, Riyaziyyat müəllimliyi ixtisaslarının I, II, III kurs tələbələri iştirak etdilər. Tələbələr Riyazi analiz kafedrasının əməkdaşlarının tərtib etdikləri sualları yazılı şəkildə cavablandırmışlar. Hər bir sual maksimum 10 balla qiymətləndirilir. 45-50 bal toplayanlar I yerə, 40-45-bal toplayan tələbələr II yerə, 35-40 bal toplayan tələbələr isə III yerə layiq görülürlər. Adları aşağıda qeyd olunan tələbələr olimpiadanın qalibləri olmuşlar:
RM 3-cü kurs tələbəsi Rəhimova Sevinc Qalib qızı (48 bal) – I yer
RİM 3-cü kurs tələbəsi Hüseynova Gülnar Natiq qızı (47 bal) – I yer
RİM 3-cü kurs tələbəsi Cavadova Aysun İlham qızı (43 bal) – II yer
RİM 3-cü kurs tələbəsi Səmədova Ayişə Natiq qızı (43 bal) – II yer
RİM 1-ci kurs tələbəsi Oricova Lalə Vaqif qızı (42 bal) – II yer
RİM 1-ci kurs tələbəsi Allahverdiyeva Aytac Bəhruz qızı (41 bal) – II yer
RM 1-ci kurs tələbəsi Hüseynova Nuray Elzamin qızı (36 bal) – III yer
RİM 1-ci kurs tələbəsi Bağırov Vüsal Eldəniz oğlu (36 bal) – III yer
Qaliblər fəxri fərmanlarla təltif olundular. Riyazi analiz kafedrasının əməkdaşları müəllifləri olduqları kitabları qaliblərə hədiyyə etdilər. Sonda Riyaziyyat – informatika fakültəsinin dekanı dos.Oruc Hüseynov və Olimpiadanın təşkilatçısı Riyazi analiz kafedrasının müdiri prof.Orcəli Rzayev çıxış edərək, qalibləri təbrik etdilər. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin təhsilə və təhsil işçilərinə verdiyi dəyərlər haqqında söhbətlər aparıldılar.