“İki çoxhədlinin rezultantı. İkidəyişənli tənliklər sistemindən dəyişənin yoxedilməsi” mövzusunda açıq mühazirə dərsi keçirildi.

30.04.2025-ci il tarixində Riyaziyyat-informatika fakültəsinin İnformatika və Cəbr kafedrasının baş müəllimi Günay Həsənovanın Riyaziyyat müəllimliyi ixtisasının 1-ci kursunda Cəbr-2 fənnindən “İki çoxhədlinin rezultantı. İkidəyişənli tənliklər sistemindən dəyişənin yoxedilməsi” mövzusunda açıq mühazirə dərsi keçirildi. Açıq dərsin məqsədi əsasən fənnin tələbələrə orta məktəbdə cəbr fənnindən əldə etdikləri bilikləri genişləndirmək və məntiqi əsaslarını daha da möhkəmləndirərək onlarda ümumi riyazi mədəniyyəti və təfəkkür qabiliyyəti formalaşdırmaqdan, cəbri bilikləri daha yüksək səviyyəyə catdırmaq və müasir riyaziyyatda mühüm yer tutan əsas cəbri strukturlar haqqında baza bilikləri formalaşdırmaqdan ibarətdir. Müəllim tələbələrlə sorğu-sual aprmaqla keçmiş mövzuları təkrar etdi və yeni dərsi tələbələrə slaydla izah etdi. Burada həmçinin tənliklərin həllinin qurulması üçün misal göstərdi və həllini yazdı. Açıq dərsdə kafedra müdiri dosent İlqar Cabbarov, dosent Sübhiyyə Zeynallı, dosent Günay Salmanova, dosent.Gülmira Verdiyeva, dosent Nazim Neymətov və kafedranın digər əməkdaşları iştirak etdilər.