



29 aprel 2025-ci il tarixində Ümumi pedaqogika kafedrasının müəllimi Lalə Bayramovanın Riyaziyyat və İnformatika müəllimliyi IV-2 kursunda Müasir Təlim Texnologiyaları fənnində “İnteraktiv təlim metodlarından istifadə (Auksion üsul. BİBO metodu)” mövzusunda açıq laboratoriya dərsi keçirildi. Açıq dərsdə müasir təlim texnologiyalarının əsas mahiyyəti, təhsil prosesini daha effektiv, interaktiv və fərdi yanaşma ilə həyata keçirməkdir. Bu texnologiyalar, informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı sayəsində mümkün olmuşdur. Tələbələr aktiv iştirak edərək, öz düşüncələrini paylaşa, müzakirələrə qoşula bilərlər. Hər bir tələbənin öyrənmə tərzi və sürətinə uyğun materiallar təqdim edilir. Video dərslər, simulyasiyalar, onlayn kurslar və digər vasitələrlə zənginləşdirilmiş tədris mühiti yaradılır. Tələbələr istədikləri məlumatlara asanlıqla, hər zaman və hər yerdə çata bilirlər. Tələbələrin bilik və bacarıqlarını artırmaq, daha cəlbedici və maraqlı öyrənmə mühiti yaratmaqdır. Açıq dərsdə İnformatika və cəbr kafedrasının müdiri dos.İlqar Cabbarov, Ümumi riyaziyyat kafedrasının müdiri dos. Zeynallı Sübhiyyə, Riyazi analiz kafedrasının müdiri prof. Rzayev Orucəli, dos. Neymətov Nazim, dos. Gülmira Verdiyeva, dos.Nərgiz Tağıyeva, Ümümi pedaqogika kafedrasının b/m Allahverdiyeva Afina, müəllim Pərvanə Əliyeva və kafedranın digər əməkdaşları lştirak etdilər.