

25 aprel 2025-ci il tarixində Psixologiya kafedrasının baş müəllimi Nübar Quliyevanın Riyaziyyat müəllimliyi II kursunda Psixologiya fənnində “Təfəkkür və təxəyyülün psixologiyası” mövzusunda açıq seminar dərsi keçirildi. Fənnin əsas cəhətləri tələbələr tərəfindən mənimsədilməklə onlarda müvafiq istiqamət üzrə bilik, bacarıq və vərdişlər aşılamaqdır. İnduktiv və deduktiv şərh metodu, tələbələri maraqlandıran və onların mənimsəmədə cətinlik çəkdikləri suallarına əsaslanan şərh metodu interaktiv mühazirə metodunda istifadə etməkdir. Tələbələr hazırladıqları slaydları təqdim etdilər və sorğu keçirməklə müəllimlin suallarına cavab verdilər. Dərsdə fakültə dekanı dos.Oruc Hüseynov, riyazi analiz kafedrasının müdiri prof.Orcəli Rzayev, Ümumi riyaziyyat kafedrasının müdiri dos. Zeynallı Sübhiyyə, dos.Neymətov Nazim, Psixologiya kafedrasının b.m.Gültəkin Həmidova, b.m.Arifə İsgəndərova, müəllim Mirvari Rəhimova, müəllim Səbinə Allahverdi, b.lob.Gülnar Əsgərov və kafedranın digər əməkdaşları lştirak etdilər.