İsmət Qayıbov adına 1 sayll orta məktəbin 7 b sinifində açıq dərs keçirildi

28 aprel 2025-ci il tarixində İsmət Qayıbov adına 1 sayll orta məktəbin 7 b sinifində Gəncə Dövlət Universitetinin riyaziyyat informatika fakültəsinin riyaziyyat informatika ixtisasının 5 kurs tələbəsi Namazov Nazimin “Üçbucaqların konqurentliyinin ikinci əlaməti” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə tələbə müasir təlim üsulları ilə dərs keçdi, qruplarla iş gördü, maraqlı qiymətləndirmə qaydalarından istifadə etdi. Açıq dərsdə fakültə dekanı dos.Oruc Hüseynov, təcrübə şöbəsinin müdiri dos.Cabbar Qarayev, ümumi riyaziyyat kafedrasının müdiri dos.Sübhiyyə Zeynallı, metodist baş müəllim Cəbərrüd Məmmədova, fənn müəllimi Şükür Əhmədov iştirak etdilər.