“Funksiyanın sərhəd nöqtələri haqqında” mövzusunda seminar keçirildi

24 aprel 2025-ci il tarixdə Riyaziyyat-informatika fakültəsində elmi seminar keçirildi. Elmi semnarda məruzəçi riyaziyyat üzrə elmlər doktoru, dos.Sabir Həsənov “Funksiyanın sərhəd nöqtələri haqqında” mövzusunda çıxış etdi. Sabir müəllim bir neçə fəzalar haqqında ətraflı məlumat verərək həmin fəzalarda funksiyaların sərhəd nöqtələrini göstərdi. Sonra məruzəçi müəllimlərin suallarına cavab verdi. Seminarda fakültə dekanı dos.Oruc Hüseynov, kafedra müdiri prof.Orcəli Rzayev, b.m. Nazir İsmayılov, t.f.d.Nürəngiz Bəşirova, dos.Nazim Neymətov, dos.Abbas Hüseynov, dos. Zəfər Abbasov, b.m.Səbinə İbrahimova, müəl.Bahar Vəliyeva və kafedranın digər əməkdaşları iştirak etdilər.