“Proyektiv müstəvi üzərində ikitərtibli xətlər. İkitərtibli xətlərin proyektiv təsnifatı” mövzusunda açıq dərs keçirildi

10.03.2025-ci il tarixində Riyaziyyat-informatika fakültəsinin İnformatika və Cəbr kafedrasının baş müəllimi Ülkər Qurbanovanın Riyaziyyat müəllimliyi ixtisasının 1-ci kursunda Analitik həndəsə-2 fənnindən “Proyektiv müstəvi üzərində ikitərtibli xətlər. İkitərtibli xətlərin proyektiv təsnifatı” mövzusunda açıq mühazirə dərsi keçirildi. Açıq dərsin məqsədi əsasən fənnin tədrisinin yüksək ixtisaslı müəllim kadrlarının hazırlığı prosesində iştirak etmək və orta məktəb həndəsə kursunda qarşıya çıxan əsas anlayışlar, münasibətlər və həndəsi obyektləri müasir elm səviyyəsində izah etməkdir. Müəllim tələbələrlə sorğu-sual aprmaqla keçmiş mövzuları təkrar etdi və yeni dərsi tələbələrə slaydla izah etdi. Burada həmçinin digər qeydlər də apardı. Açıq dərsdə fakültə dekanı dosent Oruc Hüseynov, kafedra müdiri dosent İlqar Cabbarov, dosent Sübhiyyə Zeynallı, dosent Nazim Neymətov, b.m. Tamella Əsgərova və kafedranın digər əməkdaşları iştirak etdilər. Sonda açıq dərs müzakirə olundu.