“Ədəd anlayışı və onun genişləndirilməsi” mövzusunda açıq dərs keçirildi

06 mart 2025-ci il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Afət Qurbanovanın Riyaziyyat müəllimliyi 2 kursunda Məktəb riyaziyyat kursunun elmi əsasları fənnindən açıq mühazirə dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Ədəd anlayışı və onun genişləndirilməsi”-dır. Açıq dərsdə keçmiş mövzular haqqında tələbələrlə sual-cavab aparıldı. Dərsin məqsəd tələbələrə natural ədədlər sistemi ilə mənfi olmayan ədədlər sistemini araşdırmaq və onların praktik həllərini qurmaqdan ibarətdir. Sonra müəllim həqiqi ədədlərin onluq kəsrlər vasitəsilə təsnifatını nümayiş etdirdi. Gələcəkdə bu ədədlər və onlar üzərində aparılan əməliyyatların məktəb riyaziyyatında rolunu göstərdi. Dərsdə fakültənin dekan müavini Rauf Məmmədov, kafedra müdiri dos. Sübhiyyə Zeynallı, prof.Orcəli Rzayev, pdf, b.m.Esmira Cəfərli, müəllim Şərafət Hüseynova, müəllim Humay Babayeva, müəllim Nəzrin Quliyeva və kafedranın digər müəllimləri iştirak etmişlər. Sonra açıq dərs müzakirə edildi.