
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Mastercard Beynəlxalq Korporasiyası 2 oktyabr-30 noyabr 2024-ci il tarixlərində Beynəlxalq Əmanət Günü və Maliyyə savadlılığı ayına həsr olunan tələbələr arasında “Rəqəmsal ödənișlər və elektron bankçılıq xidmətləri” virtual kursu üzrə müsabiqə elan etdi. Gəncə Dövlət Universiteti tərəfindən müsabiqəyə koordinator İnformasiya resurslarının formalaşması şöbəsinin müdiri Aynur Qasımova təyin olundu. Universitetin tələbələri bu müsabiqəyə böyük maraq göstərib və 62 tələbə müsabiqə kursunu uğurla tamamlayaraq yekun imtahan üçün müraciət edib. İmtahan 23 noyabr 2024-cü il tarixdə Gəncə Dövlət Universitetinin əsas tədris binasında keçirilib və Universitetin əməkdaşları, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələrinin iştirakı ilə təşkil edilib. GDU-nun Riyaziyyat – informatika fakültəsinin tələbəsi Bahar Əmiraslanova 70% nəticəni keçdiyi üçün onlara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva qalib gələn tələbələrlə görüşüb və onları müsabiqədə qazandıqları qələbə münasibəti ilə təbrik edib. Tələbələrə gələcək təhsillərində uğurlar arzu edib.Qeyd edək ki, “Rəqəmsal ödənișlər və elektron bankçılıq xidmətləri” virtual kursu üzrə müsabiqəyə regionlardakı ali təhsil müəssisələri də daxil olmaqla 20-dən çox universitetdən 218 tələbə qatılıb. Onlardan 15-i ən yüksək nəticə göstərərək müsabiqənin qalibləri olublar. Həmin tələbələrə planşetlər hədiyyə edilib, 66 nəfərə isə imtahanda 70 % nəticəni keçdiyi üçün onlara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.