“Mexaniki iş, güc, enerji. Enerjinin saxlanma qanunu. Kosmik sürətlər” mövzusunda açıq dərs keçirildi

06.03.2025-ci il tarixində Fizika və texniki fənlər fakültəsinin Ümumi fizika kafedrasının baş müəllimi, f.f.d. Sevinc İmanovanın Kompüter elmləri ixtisasının 1-ci kursunda Ümumi fizika fənnindən “Mexaniki iş, güc, enerji. Enerjinin saxlanma qanunu. Kosmik sürətlər” mövzusunda açıq mühazirə dərsi keçirildi. Açıq dərsin məqsədi əsasən fizikanın əsas prinsipi və qanunlarını, onların riyazi ifadələrini tələbələrə çatdırmaqdır. Əsas fiziki hadisələr, onların müşahidə və eksperimental tədqiqat üsulları ilə tanış etməkdən ibarətdir. Müəllim hazırladığı slaydlarla bu sadalananları tələbələrə geniş şəkildə izah etdi və öz məqsədinə nail oldu. Açıq dərsdə fakültənin dekan müavini Rauf Məmmədov, professor Orcəli Rzayev, dosent Sübhiyyə Zeynallı və kafedranın digər əməkdaşları iştirak etmişlər. Sonda açıq dərs müzakirə olundu.