“Paython, lüğətlər və onlarla iş” mövzusunda açıq mühazirə dərsi keçirildi.

05.03.2025-ci il tarixində Riyaziyyat-informatika fakültəsinin İnformatika və Cəbr kafedrasının baş müəllimi Şəkər Babayevanın Kompüter elmləri ixtisasının 1-ci kursunda Proqramlaşdırmanın əsasları-2 fənnindən “Paython, lüğətlər və onlarla iş” mövzusunda açıq mühazirə dərsi keçirildi. Açıq dərsin məqsədi əsasən lüğətlərin operatorları, onlarla bağlı funksiyalar və onların metodları ilə işləməyi tələbələrə öyrətməkdir. Müəllim lüğətlərin istifadəsi ilə müxtəlif məsələlərin həlli üçün proqramların tərtibi və kompüterdə icrasını tələbələrə göstərdi. Açıq dərsdə fakültə dekanı dosent Oruc Hüseynov, kafedra müdiri dosent İlqar Cabbarov, professor Orcəli Rzayev, dosent Sübhiyyə Zeynallı, dosent Nazim Neymətov, dosent Gülmira Verdiyeva, b.m.p.f.d. İlhamə Zeynalova, müəllim Lalə Mehdiyeva, müəllim Anar Quliyev, müəllim Leyla Mehtiyeva, müəllim İsmət Budaqov və kafedranın digər əməkdaşları iştirak etmişlər. Sonda açıq dərs müzakirə olundu.