


04 mart 2025-ci il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Ramidə Həsənovanın Riyaziyyat və İnformatika müəllimliyi 3-1 kursunda Hesablama riyaziyyatı fənnindən açıq praktik məşğələ dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Cəmin, fərqin, hasilin, kökün, qüvvətin mütləq və nisbi xətaları. Onlara aid misallar”-dır. Açıq dərsdə mövzu haqqında tələbələrlə sual-cavab aparıldı. Məqsəd tələbələrə cəmin, fərqin, hasilin, kökün, qüvvətin mütləq və nisbi xətalarını öyrətmək, onlara aid düsturların tətbiq etmək vərdişinə yiyələnməkdir. Mövzunun əhatəli müzakirəsindən sonra uyğun misallarla vərdişləri möhkəmləndirməkdir. Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, kafedra müdiri dos. S.Zeynallı, dekan müavini R.Məmmədov, prof.O.Rzayev, dos.T.Məmmədov, dos.N.Neymətov, b.m.C.Məmmədova, müəllim T.Əliyeva və kafedranın digər müəllimləri iştirak etmişlər. Sonra açıq dərs müzakirə edilərək qiymətləndirilmişdir.