“Qədim Yunanıstan və Romada tərbiyə, məktəb və pedaqoji fikir” mövzusunda açıq dərs keçirildi

28 fevral 2025-ci il tarixdə Ümumi pedaqogika kafedrasının müəllimi Tura Əliyevanın Riyaziyyat – informatika fakültəsində Riyaziyyat və iformatika ixtisasının II kursunda açıq mühazirə dərsi keçirildi. Açıq dərsin mövzusu: “Qədim Yunanıstan və Romada tərbiyə, məktəb və pedaqoji fikir”-dir. Mövzuda tələbələrə Qədim Yunanıstan, Afina və Roma haqqında geniş məlumat verildi. Əvvəlcə Qədim Yunanıstanda mövcud olmuş tərbiyə sistemi, məktəblər barədə hazırlanmış prezentasiya nümayiş etdirildi. Bu məktəblərdə mövcud olan pedaqoji fikirləri tələbələrə göstərildi. Açıq dərsdə fakültənin dekan müavinləri R.f.d.Rauf Məmmədov, T.f.d. Nurəngiz Bəşirova, b.m.Afina Allahverdiyeva, m.Pərvanə Əliyeva və kafedranın digər müəllimləri iştirak etdilər.