“Mülahizələr hesabının aksomatik qurulması. Aksiomlar və çıxarılış qaydaları” mövzusunda açıq dərs keçirildi

29 oktyabr 2024-cü il tarixdə Riyazi analiz kafedrasının dosenti Nazim Neymətovun İnformatika müəllimliyi 3 kursunda Riyazi məntiq fənnindən açıq mühazirə dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Mülahizələr hesabının aksomatik qurulması. Aksiomlar və çıxarılış qaydaları”dir.

Plan.

1. Mülahizələr hesabının qurulmasında ilkin anlayışlar.

2. Mülahizələr hesabının düsturları

3. Hesabın aksiomları

4. Əlavə çıxarılış qaydaları

Burada əvvəlcə hesabı qurmaq üçün hesabın əlifbası qurulu. Burada hesabın simvolları, sözləri, metasimvolları qeyd edilir. Bundan sonra hesabın düsturunun tərifi verilir. İkinci hissədə hesabın aksiomları göstərilir və əvəzləm və modus ponens qaydasından istifadə edərək misal üzərində çıxarılış qaydaları tətbiq olunur. Mühazirə dərsi qoyulan plana uyğun ardıcıllıqla, tələbələrin iştirakı ilə izah olunmuş və xüsusi qeydlər aparılmışdır. Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, Riyazi analiz kafedrasının müdiri prof.O.Rzayev, dos.T.Məmmədov, dos.Z.Abbasov, t.f.d.,b.m.N.Bəşirova, müəllim B.Vəliyeva, müəllim G.Yusifova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.