“Qraflar. Qraflar nəzəriyyəsinin əsasları” mövzusunda açıq dərs keçirildi

30 oktyabr 2024-cü il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Humay Babayevanın Riyaziyyat və İnformatika müəllimliyi 3-1 kursunda Diskret riyaziyyat və məntiq elementləri fənnindən açıq praktik məşğələ dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Qraflar. Qraflar nəzəriyyəsinin əsasları, qraflarnəzəriyyəsinin əsas məsələləri, qrafın tamamlayıcısı, təpənin dərəcəsi. Lokal dərəcə”-dir. Açıq dərsdə tələbələrin əldə etdikləri nəzəriyyəni sadə formada məsələlərə tətbiq etməklə, onların qrafların qurulmasını bilmələrini, və qrafların praktik şəkildə, çalışmalar həllinə tətbiq etmək bacarıqları formalaşdırmaq açıq dərsin əsas məqsədi idi. Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, kafedra müdiri dos. S.Zeynallı, b.m.E.Cəfərli, b.m.K.Qaybalıyeva, b.m.A.Qurbanova, b.m.S.Abbasova, müəllim R.Həsənova, müəllim A.Qurbanova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.