28 noyabr 2023-cü il tarixdə Riyazi analiz kafedrasının müəllimi Bahar Vəliyevanın Riyaziyyat və İnformatika müəllimliyi 3-1 kursunda Adı diferensial tənliklər fənnindən seminar dərsi keçirilmişdir. “Parametr daxil etməyin ümumi üsulu. Loqranj və Klero tənliklərinə aid misal həlli” mövzusunda açıq dərsin məqsədi Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələrinə parametr daxil etməyin ümumi üsulu, xüsusi halda Loqranj və Klero tənliklərin həlli haqqında anlayışlar vermək, misallar üzərində həllini izah etməkdən ibarətdir.
Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, kafedra müdiri prof.O.Rzayev, dos.T.C.Məmmədov, dos.Z.Abbasov, dos.N.Neymətov, müəllim G.Yusifova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.