15 noyabr 2023-cü il tarixdə Riyazi analiz kafedrasının baş müəllimi Səbinə İbrahimovanın İnformatika müəllimliyi 2 kursunda Adi diferensial tənliklər fənnindən açıq mühazirə dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Törəməyə nəzərən həll olunmamış diferensial təliyin ümumi həlli. Koşi məsələsi. Parametr daxil etmə üsulu. Klero və Laqranj tənliklərinin həlli”dir.
Ümumi nəzəriyyəni tələbələrin nəzərinə çatdırmaq və törəməyə nəzərən həll olunmayan tənliyin həllində parametr daxil etmə üsulunun mahiyyətini göstərməkdən ibarətdir. Mühazirə dərsi qoyulan plana uyğun ardıcıllıqla, tələbələrin iştirakı ilə izah olunmuş və xüsusi qeydlər aparılmışdır. Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, Riyazi analiz kafedrasının müdiri prof.O.Rzayev, dos.T.Məmmədov, dos.N.Neymətov, t.f.d.,b.m.N.Bəşirova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.