I kurslara tələbə biletləri paylanıldı

Bu gün fakültəmizdə yeni təhsilə başlamış I kurslara tələbə biletləri paylanıldı. Fakültə dekanı dos.O.M.Hüseynovun, dekan müavini t.f.d. N.Bəşirovanın, İnformatika və Cəbr kafedrasının müdiri dos.İ.Cabbarovun, Riyazi analiz kafedrasının müdir müavini dos.T.Məmmədovun iştirakı ilə bir sıra tələbələrə tələbə biletləri təqdim edildi.