QƏLƏBƏ SEVİNCİ

03.10.2023-cü il tarixində  Riyaziyyat – informatika fakültəsində 8 noyabr – Zəfər gününə həsr olunmuş “Qələbə sevinci” adlı tədbir keçirilmişdir. Tədbiri fakültənin TGT sədri İsmayılov Əli və Riyaziyyat və informatika müəllimliyi I kurs tələbəsi Abbaszadə Nəzrin aparırdılar. TədbirAzərbaycan Respublikasının Dövlət himni ilə açıq elan edilmışdir. Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərimizin xatirəsinə bir dəqiqəlik sükutla yad edilmişdir. Universitetin humanitar məsələlər üzrə prorektoru dos. G. Fətəliyeva tədbirdə çıxış etmişdir – 27 sentyabr 2020-ci il… O gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu, qürurla qarşılandı. Elə ilk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında sıx birləşdi. Minlərlə igid, cəsur oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə axışdı. Babayeva Günel, Xəlilova Alıyə, İsmayılov Xəlil, İsmayılov Turqay. “Azərbaycan”  mahnısını ifa etmişlər.  “Zəfərə gedən yol” adlı səhnəcik nümayiş olunmuşdur. Şamilov Elmir sazda, İsmayılova Mədinə “Ay Laçın”  və “Azərbaycan” mahnılarını ifa etmişlər. Məmmədova Fatma Bəxtiyar Vahabzadənin “Azərbaycan” şeirini ifa etmişdir. Sonra Şamilov Elmir, Xəlilova Ayişə, Xəlilova Alıyənin ifasında “Xudayar təsnifi” səsləndirilmişdir. Sonda Riyaziyyat – informatika fakültəsinin tələbələrinin ifasında “Yaşa Azərbaycan” mahnısı ifa olumuşdur.