23 oktyabr 2023-cü il tarixdə Ümumi riyaziyyat kafedrasının baş müəllimi Pərvin Mustafayevanın Riyaziyyat müəllimliyi IV kursunda Orta məktəb riyaziyyat proqramının təhlili fənnindən mühazirə dərsi keçirilmişdir. “Ənənəvi və müzsir təlim” mövzusunda açıq dərsimdə tələbələrə ənənəvi və müasir təlim arasındakı fərqli və oxşar cəhətləri izah etmək. Müasir təlimin keyfiyyət üstünlüklərini göstərmək. Orta məktəblərdə bu müasir təlim üsulunun neçə tətbiq edilməsini araşdırmaqdan ibarət idi.
Dərsdə fakültə dekanı Hüseynov Oruc, Kafedra müdiri dos. Zeynallı Sübhiyyə, baş müəllimlər Cəbərrüd Məmmədova, Şərafət Hüseynova, müəllimlər Həsənova Mətanət, Bağırova Leyla və Riyazi analiz kafedrasının dosenti Tahir Məmmədov iştirak etmişlər. Açıq dərs müzakirə olunaraq yüksək qiymətləndirilmişdir.