İnformatika və Cəbr kafedrasının müdiri dos.İ.Cabbarov rəhbərliyi ilə elmi seminar keçirildi. “Fubini teoremi” mövzusunu dos.İ.Cabbarov və r.f.d., b.m.S.Meşaik məruzə etmişlər. Məruzədə müəlliflər onlar tərəfindən alınmış Fubini teoreminin yeni variantı haqqında məlumat verilmişdir. Örtüklərlə bağlı verilən yeni qeyri-məxsusi səth inteqralı anlayışı Riman inteqralı üçün klassik Fubini teoreminin analoqunun mümkünlüyü məsələsini aktual edir. Elmi seminarda kafedranın əməkdaşlar fəal iştirak etmişlər.