Tələbə Gənclər Təşkilatının seçki iclası keçirildi

 24 oktyabr 2023-cü il tarixdə keçirilən Gəncə Dövlət Universitetinin

Riyaziyyatİnformatika fakültəsi Tələbə Gənclər Təşkilatının

seçki iclasının 01 saylı

PROTOKOLU

GÜNDƏLİK  MƏSƏLƏ

  1. Fakültə Tələbə  Gənclər Təşkilatına və Tələbə  şurasına sədr və müavinin seçilməsi.

İŞTİRAK EDİRLƏR:

Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru dos.G.Fətəliyeva, Riyaziyyat – informatika fakültəsinin dekanı dos.O.M.Hüseynov, tədris məsələləri üzrə dekan müavini r.f.d.,b/m.R.M.Məmmədov, humanitar məsələr üzrə dekan müavini t.f.d.,b/m.N.F.Bəşirova,  GDU, TGT sədri F.Dadaşov, Riyaziyyat-informatika fakültəsinin tələbə heyəti.

GÜNDƏLİK MƏSƏLƏ:

            Riyaziyyat – informatika fakültəsi üzrə Tələbə Gənclər Təşkilatına sədr və müavinlərin seçkisi.

EŞİDİLDİ:

Humanitar məsələlər üzrə dekan müavini N.F.Bəşirova seçki iclasını açıq elan etdi, iclasa sədr və katib seçilməsi haqqında təklif irəli sürdü.

            Aşağıdakı nümayəndələrin namizədliyi təklif olunur.

F.Dadaşov  iclasın sədri, Xəlilova Aliyə  isə katib seçildi.

Təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu.

Eşidildi: İclasın sədri gündəlikdəki məsələ barədə iclas iştirakçılarına məlumat verdi.

Çıxışlar

Qurbanlı Sadiq – Mən İsmayılov Əlini qrupda fəal tələbə kimi tanıyıram, içtimai işlərdə qrupda və eləcədə fakültədə öz təşkilatçılığı, tələbə yoldaşlarına qarşı xoş münasibəti ilə fərqlənir. Təklif edirəm ki, fakültə üzrə TGT-na İsmayılov Əli Arif oğlu sədr seçilsin.

            Məmmədli Rəvan –  Mənim fikrimcə, İsmayılov Əli dərslərində məsuliyyətli, kifayət qədər fəal, fakültədə müəllimlərin və tələbələrin rəğbətini qazanmışdır  və sədr seçilməyə layiqdir. Riyaziyyat və informatika müəllimliyi 4-cü kurs tələbəsi Şamilov Elmir və Riyaziyyat və informatika müəllimliyi 2-ci kurs tələbəsi Qurbanlı Sadiq, Kompüter elmləri 1-ci kurs tələbəsi İsmayılov Xəlil fakültənin ictimai işlərində fəallıq nümayiş etdirdiklərinə görə müavin olmağa layiqdirlər.

Sədr: Fakültə üzrə TGT-nın sədr və onun müavinlərinin seçilməsi haqqında məlumat verərək bildirdi ki, namizədlər bir qayda olaraq gizli və ya açıq səsvermə yolu ilə  seçilir və TGT-nın əsasnaməsinə əsasən iclas iştirakçılarının əksəriyyətinin razılığı ilə seçki  açıq səsvermə yolu ilə də aparıla bilər.

Səsvermə keçirildi.

Lehinə 36 nəfər, əlehinə – yox, bitərəf – yox

QƏRAR

1.Riyaziyyat və informatika müəllimliyi ixtisası 2 kurs tələbəsi İsmayılov Əli Arif oglu Riyaziyyat-İnformatika fakültəsinin TGT-nın sədri seçilsin.

2. Riyaziyyat və informatika müəllimliyi 4-cü kurs tələbəsi Şamilov Elmir və Riyaziyyat və informatika müəllimliyi 2-ci kurs tələbəsi Qurbanlı Sadiq, Kompüter elmləri 1-ci kurs tələbəsi İsmayılov Xəlil sədr müavinləri seçilsin.

Qərar səsə qoyuldu və yekdilliklə qəbul edildi.

                                                   Sədr:                       F.Dadaşov

                                                                      Katib:                        A.Xəlilova