TÜRKİYƏYƏ YARDIM DAVAM EDİR

2023-cü il fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Bütün Azərbaycan xalqı kimi Gəncə şəhərində də baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Türkiyəyə genişmiqyaslı yardıma başlanıb. Gəncədə qardaş Türkiyəyə yardım məqsədilə toplama məntəqələri yaradılıb. Gəncəlilər  könüllü şəkildə bu yardım məntəqələrinə gələrək yardımlarını edirlər.

Gəncə Dövlət Universitetinin Riyaziyyat – informatika fakultəsinin professor müəllim heyəti, eləcə də tələbələri Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlərə yardım üçün aksiyaya qoşularaq, insanların ehtiyaclarına uyğun əşyaları toplanma məntəqəsinə çatdırıb. Tələbələrimiz yardım toplama məntəqələrində əşyaların nizamlanması və qablaşdırılmasında könüllü olaraq çalışırlar.

Türkiyədə baş verən dəhşətli zəlzələ hamımızı kədərləndirdi. Çox məyus olduq. Həm geyim və ərzaq yardımı, həm də lazımi yerə maliyyə yardımı davam edir. Bu, bizim mənəvi borcumuzdur. Hər an ürəyimiz Türkiyə ilə döyünür. Allah zəlzələ nəticəsində dünyasını dəyişənlərə rəhmət, zərərçəkənlərə yardım etsin”.