17 noyabr 2022-cı il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi İlahə İbrahimovanın Riyaziyyat müəllimliyi 3-2 kursunda Diskret riyaziyyat və məntiqi elementləri fənnindən “Homomorfluq və izomorfluq. Cəbri sistemlər. Bir cəbri əməliyyatlı cəbr” mövzusunda seminar dərsi keçirilmişdir. Dərsdə Homomorfizm əməllər təyin olunmuş obyektlər sisteminə aiddir. Bu anlayış riyaziyyatın və məntiqin anlayışı, ilk dəfə cəbrdə yaranmışdır. İzomorfizm anlayışı müzsir riyaziyyarın ən mühüm anlayışlarından biri olub ilk əvvəl cəbrdə qrup, halqa, meydan anlayışları ilə bağlı meydana gəlmişdir. İzomorfluq riyaziyyatın bir çox sahəsinin ümumi dərk olunmasına və tətbiq sahəsinin təyin etməyə imkan verir. Qrup anlayışı müasir riyaziyyatın ən mühüm anlayışlarından biridir. Qrup analayışı cəbrə XIX əsrin əvvəllərində daxil edilmişdir. Bu anlayış cəbri sistemin dərindən mənimənilməsi üçün əss mahiyyətə malikdir.
Dərsdə kafedra müdiri dos.S.ZeynallI, dos.Ü.Əfəndiyev e\n.b\m.R.Məmmədov, dos.T.Məmmədov, dos.N.Neymətov, dos.E.Cəfərli, b\m.Ş.Həsənova, b\m.C.Məmmədova, b\m.K.Qaybalıyeva və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.