14 noyabr 2022-cı il tarixdə Riyazi analiz kafedrasının müəllimi Bahar Vəliyevanın Riyaziyyat və İnformatika müəllimliyi 3-1 kursunda Adı diferensial tənliklər fənnindən seminar dərsi keçirilmişdir. “Natamam diferensial tənliklər. Onların həll üsullarına aid misal həlli” mövzusunda açıq dərsin məqsədi Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələrinə diferensial tənliklərlə modelləşdirilən proseslərin əsas tipləri ilə tanış etmək, diferensial tənliklərin həlli üsullarını öyrətmək və onlarda bu üsullardan riyazi analiz və funksional analizin müxtəlif məsələlərinin həllində istifadə etmək vərdişləri yaratmaqdır. Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, dekan müavini r.f.d.R.Məmmədov, dos.T.C.Məmmədov, dos.N.Neymətov, müəllim G.Yusifova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.