“İzometrik səthlər. Səthlərin bükülməsi” mövzusunda açıq dərs keçmişdir

20 may 2022 – ci il tarixində informatika və cəbr kafedrasının baş müəllimi Hüseynova Təranə Vaqif qızı 3 -cü kurs informatika müəllimliyi ixtisasında diferensial həndəsə və topologiya fənnindən “İzometrik səthlər. Səthlərin bükülməsi” mövzusunda açıq dərs keçmişdir. Mövzunun məqsədi səthlərin izometrik olduğunu izah etmək , izometrik səthlər haqqında teoremi isbat etməkdir. Açıq dərsdə dos. O. Hüseynov , dos. İ Cabbarov , dos. Ü. Əfəndiyev , b.m. S. Cəfərova iştirak etmişlər.