18.05.2022-ci il tarixdə Riyaziyyat informatika fakultəsində “Əyləncəli riyaziyyat” adlı bilik yarışması keçirilmişdir. Yarışmada I kurslardan ibarət olan “Zirvə” komandası, II kurslardan ibarət olan “Erudit”, III kurslardan ibarət olan “İntelekt” komandaları iştirak etdi. Fakultənin TEC sədri O.Mustafayeva, Riyaziyyat və informatika müəlliliyi 3-cü kurs kurs tələbələri, R.Əliyev, R.Novruzova, THT. N.Əlili, TGT T. İsmayılov yarışmanın keçirilməsində yaxından iştirak etmişlər. Fakultənin dekanı dos. O.Hüseynov qalib Zirvə kamandanın üzvləri – 1-ci kurs Riyaziyyat və informatika fakultəsinin tələbələri Əlbəndov Fərid, Qurbanova Jalə, Əliyeva Səma, Hümbətova Türkan, Məmmədova Leyla, Hüseynli Güldəstəni təbrik etmiş, müxtəlif hədiyyələr təltif etmişdir. Tədbirdə fakultənin tələbələri İskəndərova Güllər, İsmayılova Mədinə, Hümbətov Eltac musiqi nömrələri ilə çıxış etmişlər.