20 OKTYABR 2017 – SAAT 11.00 –da GDU-nun Əsas binasının iclas zalında İnformatika kafedrasının müdiri, dosent Əkrəm Aslanovun “Kompüterin yaddaşı. Yaddaş qurğularının inkişaf perspektivləri” mövzusunda ictimaiyyət üçün açıq dərsi keçirilmişdir.
Dərsdə universitetin Humanitar işlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Riyaziyyat-informatika fakültəsinin dekanı, dosent Oruc Hüseynov, fəxri professor Əliqulu Quliyev, dosent Üzeyir Əfəndiyev, Strateji planlaşdırma və monitorinq şöbəsinin müdiri dosent Mahir Nağıyev, şəhər 4 saylı məktəbin direktoru Əliağa Səfərəliyev, İnformatika fakültəsinin müəllimləri, şəhərin bir çox məktəblərinin İnformatika müəllimləri, magistr və tələbələr iştirak edirdi. Dərs yüksək maraqla qarşılandı.