Riyaziyyat-informatika fakültəsində 18 oktyabr 2017-ci il tarixində Riyazi analiz kafedrasının doktorantı Humay Rzayevanın “Bəzi diferensial operatorlar üçün qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin lokal və qlobal strukturu haqqında” mövzusunda dissertasiyanın ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə elmi rəhbər AMEA-nın diferensial tənliklər şöbəsinin pofessoru Ziyadxan Əliyev, Fəxri professor Əliquli Quliyev, Fəxri professor Mayıl Mustafayev, Fəxri professor Nüyvər Nəsrullayev, e.n. Rauf Məmmədov, professor Mahal Qurbanov, dosent Bəhrəmgur Mustafayev, dosent Əkrəm Aslanov və fakültənin digər əməkdaşları iştirak etdilər. Humay xanımın məruzəsindən sonra elmi rəhbər çıxış etdi və sədr dissertasiya işinin növbəti mərhələyə buraxılmasını səsə qoydu. Qərar yekdilliklə qəbul olundu.