Bu bayramin yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim mesopotamiyada yaranıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martin axirinda dəclə və fərat çaylarinda suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmiş. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Bütün məhkəmə işləri, cəzalar təxirə salinarmiş. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmiş mətnə görə, bu bayramda “qul ağaya çevrilərmiş”. Yeri gəlmişkən, “karnaval” sözü babil dilindən tərcümədə “gəmi-dəniz” deməkdir. Bu da mərdükün dəclədə üzməsilə bağli ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində mərdükün dəhşət ilahəsi, ilanbaşli tiamatla döyüşü səhnəsi canlandirilarmiş. Nəticədə, əlbəttə ki, mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər yeni il bayrami ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə qərbi avropaya yayilib.
Başqa bir mənbəyə görə, qədim şərqdə hələ iran dövlətinin yenicə yaranmağa başladiği dövrdə iranlilarin artiq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qisa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayir və həyat cansixici qiş – yəni ölüm üzərində qələbə çalir. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrin 22-nə təsadüf edən həmin günü “günəş qapisi” adlandirarmişlar. Sonralar həmin gün günəş tanrisi mitranin doğum günü kimi qeyd edilməyə başlayir. Qədim romada təqvim aylarindaki günlərin sayi müxtəlif idi. Hətta rüşvət verib onlari dəyişdirmək də olardi. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarin 1-i gəlirdi və mitranin doğum günü – işiğin qaranliq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü. Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanindi. Və məlum oldu ki, isa peyğəmbərin doğum günü də elə dekabrin son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatin ölüm üzərində qələbəsini, həm də milad gününü özündə birləşdirmiş oldu.
Dünyanin hər yerində bütün insanlar yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayrami hərə öz adət-ənənəsinə uyğun qarşilayir. Avropa ölkəsi olan Fransada şaxta baba Per Noel — yəni noel ata adlanir. O, yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağina hədiyyələr qoyur.
Yeni Ildə Isveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir.
Italiyada Yeni Ildə uşaqlarin isə şaxta babalari yox, şaxta nənələri var. Onun adi Befan Nənədir. Bu ölkədə yeni ili bərkdən qişqiraraq qarşilamaq adəti var. Ucadan danişmaq italyanlar üçün adi hal olsa da yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər.
Böyük Britaniyada Bayram Günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçisi illərin yerdəyişməsi üçün evin bütün qapilarini geniş açir. Daha sonra qapi bağlanir və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir.
Yeni Ildə Islandiyada kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər şaxta babanin onlara göz qoymasindan ehtiyatlanaraq ay boyu özlərini yaxşi aparir, dəcəllik etmirlər. Əks halda bayram gecəsi sobanin yanina qoyduqlari çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər.
Almanlar Yeni Il gecəsi saat 12-ni vurarkən ovuclarinda metal pul sixaraq tullanirlar. Inanirlar ki, bunu etsələr yeni il daha bərəkətli olacaq.
Ispaniyada Bayram Günü hami şəhərin mərkəzi meydanina axişir. Üzüm yeməyə. Həm də kütləvi şəkildə. Hər kəs müəyyən vaxt ərzində 12 salxim üzüm yeməlidir. Bayram axşami küçələrdə müxtəlif tələlər qurulur. Bu onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsin.
Yeni il Rusiyada ən çox sevilən bayramdir. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu ənənənin əsasi 300 il bundan əvvəl birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə, həmçinin ağac bəzəmək də öz əksini tapib. Məhz küknar ağaci 19-cu əsrin axirlarinda dəbə mindi.
Əslində isə, həyat rəmzi olan şam ağacinin bəzənməsi tarixi xristianliqdan əvvəl başlayib və hansisa bir dinlə bağli deyil. Hələ miladdan çox-çox əvvəl qədim misirin sakinləri dekabrin ən qisa günlərində yaşil palma ağaclarini evlərinə gətirirdilər.
Druidlər palid budaqlarina qizil almalar asib qiş bayramini qeyd edirdilər. Orta əsrlərdə qirmizi almalarla bəzədilmiş həmişəyaşil ağaclar dekabrin 25-də qeyd edilən adəm və həvva bayraminin rəmzi idi.
Yeni ilin şam ağaci haqqinda ilk yazili məlumat xvi əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan strasburqda yeni il gecəsi həm kasib, həm də adli-sanli zadəgan ailələrində küknar ağaclari rəngli kağizlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün avropaya yayilir. Yeni dünyaya — amerikaya yolkani burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandirilmasi mərasimi keçirilib. Beləcə şam ağaci bütün dünyada məşhurlaşib.