STARTUP   GƏNCƏDƏ

n-2

25-27 noyabrda Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində “Azərbaycan Startup Festivalı” çərçivəsində Startap Günləri təşkil olunmudur. Festival Startap Azərbaycan və ASAN Könüllülərinin birgə təşkilatçılığı ilə həyata keçirildi. Gəncədəki 3 universitetin (Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti) müəllim və tələbələri də Startap Günlərinin açılışında oldu.

Festivalda ADAU, ATU və GDU-nun tələbə və müəllim heyyəti iştirak etdi. Noyabrın 25-də Məhsəti Gəncəvi Muzeyində Festivalin açılış mərasim kecirildi. Festivalın açılışında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, ASAN Könüllülər Təşkilatının rəsmisi Bəxtiyar İsmayılov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında  İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Gəncə İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, Gəncə Gənclər və İdman İdarəsinin rəisi Müşviq Cəfərov, YT Parkın direktor müavini Kənan Bayramov, VXSİ Dövlət Agentliyinin departament rəhbərinin müavini Cahangir Haciyev , NEURON şirkətinin direktoru İsmayil Ələkbərov çıxış etdilər. Çıxışlarda xüsusilə startap hərakatının regionlarda inkişafı və bu istiqamətdə görüləcək işlər vurğulanıb.

Daha sonra Festival çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində Startap Günləri başladı. Açılışdan dərhal sonra “Regionlarda startapların inkişafı : problemlər və perspektivlər” mövzusunda konfrans öz işinə başladı.

Konfransda regionlarda startap infrastrukturun formalaşması, yeni startapların investisiya əldə etməsi yolları, milli startaplar üçün ilkin investisiya mənbələri: dövlət, özəl və fiziki şəxslər ( angel) tərəfindən startaplara dəstək və yeni startapların yaranmasında biznes inkubatorların, texnoparkların və universitetlərin rolu ilə bağlı müzakirələr aparılıb.

Konfransdan sonra ekspert və mentorların dəstəyi ilə iştirakçılar tərəfindən yeni biznes – ideyaların irəli sürülməsi, bunun müzakirəsi və ideyaların yarışı başladı. Bu mərhələdə müxtəlif universitetlərdən olan tələbələr 50-yə yaxın ideya səsləndirdi. Universitetimizin Kompüter elmləri ixtisasından olan tələbələr  və informatka kafedrasını işciləri ideya yarışmasında iştirak etdilər. Və 20 maraqlı ideya onlar terefindən irəli sürüldü. Daha sonra ən yaxşı 6 ideya seçildi. Secilmiş ideyaların icərisində informatika kafedrasının proramisti  Afaq Xəlili tərəfindən irəli sürülən “Lokal elektron sertifikasiya” adlı layihede vardı.

Qalib ideyalar ətrafında komandalar formalaşırılıb və komandalar işə başlayıb. Startap Azərbaycanın ekspertləri və mentorları (Vahid Qasımov, Namət Məmmədzadə, Fərid Kazımov, Samir Mehdi, Tələt Rzayev, Murad Həsənzadə, Hüseyn Hüseynzadə) komandalara öz tövsiylərini verdi.

Noyabrın 26-da, səhər saat 10:00-dan komandamız  öz eskpert və mentorların yardımı ilə layihələri üzərində işləməyə başladı və axşama qədər fəaliyyətini davam etdirdi. Həmçinin komandalar üçün təlimlər də təşkil edildi. Eskpert və mentorların dəstəyi ilə layihələrin təqdimat forması üzərində işləməyi öyrətdilər. Günün sonuna qədər komandalar layihələr üzərində fəaliyyəti davam etdirdilər.

Noyabrın 27-də isə Startap Günlərinin yekun mərhələsi keçirildi və qalib komandalar müəyyən edilib. Belə ki, komandalar hazırladıqları layihələrin ekspertlər qarşısında 10 dəqiqəlik təqdimatını etdilər və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirildi.

Startap Günlərinin yekun təqdimatı, qaliblərin müəyyən açıqlanması mərasimi isə Gəncədə Ramada otelində təşkil edildi. Bu məqsədlə Startap Azərbaycan və ASAN Könüllülərinin birgə təşkilatçılığı ilə Startap Günlərinin yekun təqdimat mərasimi keçirilib. Osman Gündüz festival çərçivəsində görülən işlər barədə ətraflı məlumat veridi.

Daha sonra Startap Günlərinin qalib komandaları elan edildi. Öncə Universitetimizin komandasının layihəsinin 3-cü yerə layiq görüldüyü səsləndi.  Beləliklə qaliblər aşagıdakı layihələr oldu:

  1. Aqro Dron– Kənd təsərrüfatında insan faktorunu minimuma endirən, ekologiyaya az ziyan verən və effektliyin artırılması üçün əkin sahələrinin gübrələmə və dərmanlama imkanı olan dron. Komanda üzvlərinin əksəriyyəti ixtisasca kənd təsərrüfatı mütəxəssisləri olduğundan, layihə aqrar sektorun ən tələb olunan bir sahəni əhatə edir.
  2. Sağlam Qida -Dünyada organik qidaya ehtiyac artır, sağlam qida komandası fermer təsərrüfatlarında mal qaranı xüsusi çiplə qeydiyyata alır. Mağazalardan alınan ətin üzərindəki hologramda göstərilən identifakasiya bar kodu vasitəsilə müştəri həmən ətin məxsus olduğu mal qaranın, harada yetişdirildiyi, hansı dərmanlar və vaksinlər vurulması və s. məlumatı əldə edə bilir.
  3. Lokal e-sertifikasiya -Elektron sənəd dövriyyəsi üçün həlldir, təqdim edilən orqanlar sənədlərin saxtalaşdırılmaması və doğruluğunu asan yol ilə yoxlamaq imkanlarını yaradır.

Qaliblərə və fərqlənənlərə Neuron Technologies, SİNAM və Lenovo şirkətlərinin qiymətli hədiyyələri və Startap Azərbaycan-ın sertifikat və diplomları təqdim edilib. Startap Günləri Startap Azərbaycan çərçivəsində keçirilir.