AÇIQ DƏRS

 

28 noyabr 2016-cı il tarixdə Gəncə şəhər 9 saylı orta məktəbdə Riyaziyyat – informatika fakültəsinin İnformatika müəllimliyi ixtisasının 4-1 kurs tələbəsi Alıyeva Aysel Neymət qızının 6-2 sinfində “Mətin görünüşünün yaxşılaşdırılması” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə təcrübə və işlə təminata kömək şöbəsinin müdiri dos.M.Məmmədov, dos.C.Qarayev, fakültənin dekanı dos.O.Hüseynov, İnformatika kafedrasının müdiri dos.Ə.Aslanov, dos.G.Verdiyeva, b.m.M.Əliyeva, məktəbin dərs hissə müdiri R.Vəliyeva, fənn müəllimi Z.Hüseynova iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.