24 sentyabr 2016-cı il tarixdə Həndəsə və Cəbr kafedrasının müəllimi Ələsgərov Miran və Riyazi analiz kafedrasının doktorantları Həsənov Amil və Ələsgərov Rzanın təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində təhsil alan IV kurs tələbələri üçün magistraturaya sınaq imtahanı keçirilmişdir.
İmtahan Riyaziyyat-informatika fakültəsinin tədris işləri üzrə dekan müavini dos.R.Məmmədovun rəhbərliyi ilə keçirildi. Həndəsə və Cəbr kafedrasının müdiri dos.İ.Cabbarov, b.m.Ü.Qurbanova, b.m.T.Hüseynova və doktorant Ç.Həşimov imtahanın gedişinə nəzarət edirdilər.
Sınaq imtahanında Universitetimizin bütün fakültələri daxil olmaqla 150 nəfər tələbəsi iştirak edirdi. İmtahan 3 saat davam etmişdir. Qeyd edək ki, sınaq imtahanında iştirak ödənişsiz idi.